Ağdamda piyadanın ölümündə ittiham olunan sürücünün məhkəməsi başlayır


  • 29 Mart 14:42

Ağdamda piyadanın ölümü ilə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərzalı Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.

Hakim Elşad Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 9-na təyin olunub.

Qeyd edək ki, Bərdə rayon Soğanverdilər kənd sakini Fərzalı Qarayev idarə etdiyi "Mercedes Benz" markalı minik avtomobili ilə yolu keçmək istəyən Ağdam rayon sakini Asəf Verdiyevi vurub. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerindəcə ölüb. Sürücü Fərzalı Qarayeva qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər