Cəlilabadda qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


  • 29 May 11:21

Cəlilabadda oğurluq etməkdə təqsirləndirilən Teymur Səxavətli və Şəhadət Seydanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Cəbrayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Teymur Səxavətli və Şəhadət Seydanov şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilir. Həmin şəxslərin müxtəlif vaxtlarda Cəlilabadda daha 3 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları müəyyən olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər