Abşeronda adam öldürəkdə təqsirləndirilən Mürvət Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qeydə alınıb. Abşeron Rayon Prokurorluğunun məlumatına görə, 1987-ci il təvəllüdlü Mürvət Əliyev, 1989-cu il təvəllüdlü Seymur Hüseynov və 1978-ci il təvəllüdlü Rəşad Əbilov aralarında yaranmış mübahisə zamanı bir-birinə bıçaqla xəsarətlər yetiriblər. Rəşad Əbilov aldığı xəsarətlərdən ölüb. Mürvət Əliyevə qarşı Cinayət Məcəlləsinin 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
