Bakıda idmançı Kamil Zeynallıya, eləcə də bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevə hökm oxunub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev Ceyhun Baloğlanovdan 58 min manat, idmançı Kamil Zeynallının etibarından sui-istifadə edərək ona 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manat dələduzluq edib. İş üzrə ümumilikdə E. Ağayev 7 nəfərə qarşı 300 min manat dələduzluq edib. E. Ağayev zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
