Məzmuna keç

Məhkəmə vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Teymur Abasquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, T.Abasquliyev paytaxtın Nəsimi rayonu ərazisində bir qadının içərisində mobil telefonu, sənəd və bank kartı olan çantasını soyğunçuluq yolu ilə almaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə