Məzmuna keç

Xarici şirkətin Azərbaycandakı filialına cərimə protokolu yazıldı

"Akkol Hazır Yemek Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundovun icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə