Göygöldə evdən oğurluq etməkdə təqsirləndirilən İlkin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İlkin Əliyev dayısının evindən oğurluq etməkdə təqsirləndirilir. Belə ki, o dayısından pul istəsə də dayısı ona pul verməyib. Buna görə dayısı oğlunun toy günü ev sahibinin toyda olmasından istifadə edən İ.Əliyev mənzildən 1500 manat oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
