Məzmuna keç

Bərdədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Bərdədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Habil Salahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.

Hakim Gündüz Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 20-nə təyin olunub.

Qeyd edək ki, Habil Salahov idarə etdiyi VAZ-2106 markalı avtomobillə Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində hərəkətdə ikən yolu keçməkdə olan piyada – 1938-ci il təvəllüdlü Əli Həsənovu vurub. Nəticədə sonuncu aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəllənin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə