Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asim Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İş hakim Sülhanə Hacıyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 25-də keçiriləcək.
Qeyd edək ki, hadisə cari ilin fevral ayında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, Asim Məmmədov idarə etdiyi "Mercedes C230" markalı avtomobillə yolu keçmək istəyən Sevda Sultanovanı vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü Asim Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
