Məzmuna keç

Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti uzadıldı

"Abzas media" işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə vəkil Rəsul Cəfərov məlumat verib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın 2 ay uzadılıb.

Qeyd edək ki, "Abzas media" işi üzrə aparılıan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onlar hər biri qaçaqmalçılıqda ittiham edilirlər.

Orxan Rasifoğlu