- 20 İyun 20:56
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə "Moderno Logistics" şirkəti barədə inzibati protokol tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, logistika şirkəti barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə cərimə protokolu tərtib olunub.
Protokol Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, bu xətaya görə, "Moderno Logistics" şirkəti üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə