Bakıda 205 minlik dələduzluq etməkdə təqsirləndirilən şəxsə şərti cəza verildi


  • 14 İyun 11:37

Bakıda vətəndaşı aldadaraq külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Asif Əsədullazadəyə hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və o 2 il sınaq müddəti ilə şərti azadlıqdan məhrum edilib.

İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs sayılan Asif Əsədullazadə zərərçəkmiş Vüqar Məmmədov Əlxuda oğlunun etibarından sui-istifadə edərək özünün cəmiyyətdə yüksək nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb. Bildirib ki, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının köməkliyi və məhkəmələrdə olan əlaqələrindən istifadə edərək zərərçəkmişin əmisi olan Əliyar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi üzrə baxılan cinayət işini müsbət həll edəcəyi barədə yalan vəd verib.

Beləliklə, Asif Əsədullazadə zərəçəkmişə qarşı 205 000 manat maddi ziyan vurub. Asif Əsədullazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər