Yanğın təhlükəsizliyi qaydalarını pozan MTK cərimələnə bilər


  • 14 İyun 11:51

"Şakir" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü( İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, MTK iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər