Bakıda 61 yaşlı qadının öldüyü qəzaya görə sürücüyə 3 il 6 ay cəza verildi


  • 20 İyun 11:52

Bakıda ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Əzizli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Əzizli Kənan idarə etdiyi “Hyundai İX 35” markalı avtomobillə 1998-ci il təvəllüdlü Ağayev Məmmədin idarə etdiyi “Toyota Prius” markalı avtomobili eyni istiqamətdə hərəkətdə olarkən arxa hissədən vurub. Qəzadan sonra səhəti pisləşən “Toyota Prius” markalı avtomobildəki sərnişin 1962-ci il təvəllüdlü Muxlisə Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər