Bakıda qonşusunu öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu


  • 10 İyul 11:50

Bakıda qonşusunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Elməddin İskəndərova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Elməddin İskəndərov səs-küy səbəbindən yaranmış mübahisə zəmnində qonşusu M.Mamedova bıçaqla xəsarət yetirib. M.Mamedov isə oonu beşbarmaqla vurulub

E.İsgəndərova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə ölümə cəhd) və 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq törətmə) maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Elməddin İskəndərovun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsində Murad Mamedova qarşı cinayət işi başlanıb, istintaq aparılır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər