- 16:28
Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.
Hakim Ülvi Qənbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Fərəcov Əli İsmayıl oğlu idarə etdiyi “KHAZAR SD” markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi ilə yolu keçən İbrahimxəlilov Araz Əziz oğlunu vurub. Hadisə nəticədə piyada aldığı xəsarətlərdən Qəbələ RMX-da ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə