Sumqayıtda qızının qətlində təqsirləndirilən ata hakim qarşısına çıxarılır


  • 19 İyul 2024 14:46

Sumqayıtda azyaşlı qızını öldürməkdə təqsirləndirilən Ahmet Turan Yeşilin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 13-də keçiriləcək.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində 1 yaş 4 aylıq qızını suda boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər