Məzmuna keç

Məhkəmə mərc oyunları məntəqəsindən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda oğurluq etməkdə təqsirləndirilən Elvin Hümbətovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim İlham Kərimlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, Elvin Hümbətov mərc oyunları məntəqələrinin birindən 4478 AZN pul, restorandan isə 2 ədəd mobil telefon oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə