Qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 17 Sentyabr 17:26

Biləsuvarda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Emin Kərimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Ayşən Vəliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 2-də keçiriləcək.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Emin Kərimli Biləsuvar rayonu ərazisində qohumu, 1989-cu il təvəllüdlü Elçin Əmənova idarə etdiyi "Mercedes" markalı avtomobildən ov silahından atəş açmaqla yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.24-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər