Prokuror 2 milyonluq dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi


  • 1 Oktyabr 17:28

Bakıda 6 nəfərə qarşı xüsusi ilə külli miqdarda dələduzluqda təqsirləndirilən Azər Əsgərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Ziya Mansurov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Azər Əsgərov Azər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli mqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər Əsgərovun iş qurmaq adı ilə 6 nəfərə qarşı dələduzluq etdiyi bildirilir. Zərərçəkənlərdən iki nəfəri Türkiyə vətəndaşıdır. Zərərçəkən kimi tanınan şəxslər Mehman Axundov, Emil Rəsulov, Hakan Doygun, Zahide Humeyra Turhan, Abuzər Behbudlu və Rasim Namazovdur. Ümumi dəymiş ziyan isə 2 milyon 270 min manatdır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər