Məzmuna keç

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi

Zamiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılıb.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Z.Əliyev 2021-ci ildən Babək Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.