Məzmuna keç

Əhməd Əhmədovun məhkəməsinə jurnalistlər buraxılmadı

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəməsi davam edir.

E-huquq.az-ın məlumatına görə, Əhməd saxlanıldığı xüsusi xəstəxanadan polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Məlumat üçün bildirək ki, hakim prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib və jurnalistlər zala buraxılmayıb.

Xatırladaq ki, əvvəlki baxış iclasında prokurorluğun göndərdiyi qərar elan edilmişdi. Qərarda yazılıb ki, təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətməsi həkim rəyləri ilə öz təsdiqini tapıb. Bu səbəbdən onun cəzadan azad edilərək ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsi tövsiyə edilir.

Əhməd özü də anlaqsız vəziyyətdə cinayət törətdiyini boynuna alıb, əlavə ifadə vermək istəməyib.

Bugünkü iclasda sədrlik edən hakim Səbinə Məmmədzadə təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsini elan edib.

Orxan Rasifoğlu