Keşlədə kababçını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Rəhman Qəhrəmanova hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə də hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən Rəhman Qəhrəmanov 17 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə müalicə aldığı xəstəxanada ölüb. Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Q.Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan tərəflər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.
Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
