Məzmuna keç

“Anadolu Events” barəsində cərimə protokolu yazıldı

"Anadolu Events" MMC barəsində cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, Mərkəzi Bank şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərib.

İşə noyabrın 7-də hakim Abusət Qasımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətaya "Anadolu Events" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə