Məzmuna keç

Məhkəmədə vəkilə hücum edən şəxs həbs edildi

Türkiyədə vəkili döyən şəxsə hökm oxunub.

E-huquq.az-ın "Hukuki Haber"ə istinadən məlumatına görə, boşanmaq üzrə olan Baykal K. adlı şəxs məhkəmədə həyat yoldaşının vəkilinə hücum edib.

Polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib. Baykal K. həbs edilib.

Məhkəmənin hökmü ilə o, 4 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Şəbnəm Mehdizadə