- 12 Fevral 11:47
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məntiq Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 14-nə təyin olunub.
Qeyd edək ki, hadisə şəhərin A. Kazımov küçəsində, "Aişə" restoranının qarşısında baş verib. Mehdiyev Məntiq İlyas oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - Əliyev Mətanət Arif qızı və Nəcəfova Maral İsmayıl qızını vurub. Nəticədə hər iki piyada xəsarət alıb, Maral Nəcəfova xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə