- 12 Fevral 11:47
Qazaxda adam bıçaqlamaqda təqsirləndirilən Namaz Qədiməliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Abdullanın Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 14-də baş tutacaq.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Qədiməliyev Namaz Razim oğlu şəxsi münasibətlər zəminində “Qazax Mal Bazarı" adlanan heyvan bazarında 1981-ci il təvəllüdlü Nəbiyev Adil Nəbi oğlunu bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə