Ucarda əmisini döyməkdə təqsirləndirilən Müşfiq Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Ucar Rayon Məhkəməsində hakim Xəyal Bədəlovun səıdrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, 1981-ci il təvəllüdlü Müşfiq 07 iyul 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Ucar rayonu, Bağban kəndi ərazisində yerləşən özünə məxsus pay torpaq sahəsində əkin sahəsini suvarmaqla bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisinin üz nahiyəsindən yumruqla zərbə endirərək, sonuncuya sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol tərəf alt çənənin şişkinliyi, əng sümüyünün və sol göz yuvasının iç və bayır divarının sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurub.
Şəbnəm Mehdizadə
