“Elektron məhkəmə” informasiya sisteminin daha təkmil versiyası hazırlanır


  • 28 Fevral 10:31

"Ədalət mühakiməsinin həyata keçirilməsində əlçatanlıq və çevikliyin artırılması məqsədi ilə məhkəmələrdə rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi artıq zamanın tələbidir",

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

Onun sözlərinə görə, bu baxımdan məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən uğurlu layihələrdən biri kimi “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət ayrılır.

"Hazırda hakim korpusunun təklifləri nəzərə alınmaqla onun yeni, daha təkmil versiyasının hazırlanması üzərində işlər sürətləndirilmişdir", - deyə İ.Kərimov bildiirb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər