- 23 Aprel 14:02
Cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halı da əlavə edilir.
E-huquq.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur.
Qanun layihəsi Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Dəyişikliyə əsasən, həmçinin oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təklif edilməsi, bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması ilə az ağır cinayət hesab edilməsinə səbəb olur.