Məzmuna keç

YAP Milli Məclis rəhbərliyinə namizədlərini müəyyənləşdirdi

YAP VI çağırış Milli Məclisin sədri və müavinləri vəzifələrinə namizədlərini müəyyənləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə qərar YAP-ın İdarə Heyətinin bu gün keçirilən qapalı iclasında verilib.

Parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə işə Hicran Hüseynovanın namizədliyi irəli sürülüb.