Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı - YENİLƏNDİ

Hərbi xidmətə çağırış saylarının iki dəfə azaldılması təklif olunur


  • 30 Mart 2020 11:38

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.

E-huquq.az xəbər verir ki, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəddə hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif olunub.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

***

11:12

“Dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdu. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”.

E-huquq.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir:

“Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edir. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.

Oxşar xəbərlər