Cinayət Məcəlləsinə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla cərimənin yeni müəyyənləşdirilməsi qaydası əlavə olunur.
E-huquq.az-ın məlumatına görə, qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda cərimə müəyyən olunur.
Təklif edilən dəyişikliyə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla həm də cinayət predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunacaq.
Mənbə: APA
