Məzmuna keç

Xüsusi təhsil müəssisələrində psixoloji xidmət təşkil olunacaq

Azərbaycanda xüsusi təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması təklif edilir.

E-huquq.az xəbər verir ki, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərinı təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni 13.3-1-ci bənd əlavə edilir. Yeni bəndə əsasən xüsusi təhsil müəssisələrində "Təhsil haqqında" qanuna uyğun olaraq psixoloji xidmət təşkil olunacaq və "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçiriləcək.