Məzmuna keç

Parlamentlərarası əlaqələr üzrə işçi qrupların rəhbərləri dəyişdirilir

Milli Məclisin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ də gündəliyə daxil edilib.

Bununla aprelin 24-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 28-ə çatıb.