Məzmuna keç

Yeni Baş prokurorun təyin edilməsi Milli Məclisin gündəliyinə daxil edilib –

Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

E-huquq.az Milli Məclisin saytına istinadən xəbər verir ki, bununla da iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 27 olub.

***

10:01

Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

E-huquq.az-ın xəbərinə görə, iclasın gündəliyindəki məsələlərin sayı 26-dan 27-yə qaldırılıb.

Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ əlavə olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Hazırda Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən bu vəzifəni tutur.