Məzmuna keç

Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verdi –

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

E-huquq.az-ın xəbərinə görə, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunvericiliyə görə, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.

***

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

E-huquq.az-ın xəbərinə görə, iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

K.Əliyev parlamentin iclasında iştirak edir.

Xatırladaq ki, indiyədək Baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.

***

08:52

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.

E-huquq.az xəbər verir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ əlavə olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Hazırda Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən bu vəzifəni tutur.