Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2519
    1,7000
    1,9289
    0,0246
AZ
RU

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Parlamentdən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

CoronaVirus