Məzmuna keç

Deputatlar Babək rayonunun ərazi bölgüsündə dəyişikliyi müzakirə edəcək

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

Milli Məclisdən e-huquq.az-a verilən məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılacaq.

Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.