Milli Məclisin növbədənkənar sessiyası başa çatdı - YENİLƏNDİ


  • 30 İyun 2020 11:25

Parlamentin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

E-huquq.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 7 məsələ müzakirə olunub.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 8 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları iyunun 1, 2, 5, 12, 19, 25, 29 və 30-da keçirilib.

***

11:05

Azərbaycan parlamentinin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir.

E-huquq.az xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın spikerliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələ daxil edilib.

***

09:59

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

E-huquq.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Oxşar xəbərlər