Fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil telefonlar gömrükdə yazılı formada bəyan ediləcək


  • 22 Avqust 19:58

“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı” genişləndirilib.

E-huquq.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Oxşar xəbərlər