Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib.
E-huquq.az xəbər verir ki, dəyişiklik dövlət reyestrinə daxil edilən məlumatlarla bağlıdır.
Qərara əsasən, siyasi partiyaların, həmkarlar ittifaqlarının fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlar dövlət reyestrinə daxil ediləcək.
