Azərbaycanda deputatların maliyyə hesabatı verməsi məcburi olacaq


  • 17 Sentyabr 2020 13:06

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olunub və payız sessiyası üçün plenar iclasa tövsiyə edilib".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib.

O qeyd edib ki, layihədə başqa şeylərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazılıb:

"Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər".

Oxşar xəbərlər