Xaricdə vətəndaşın xarici passportu itərsə, necə hərəkət etməlidir?

Xaricdə vətəndaşın xarici passportu itərsə, necə hərəkət etməlidir?


  • 25 İyun 2019 20:00

İnsanlar həmişə xaricə biznes və ya istirahət məqsədi ilə səfərlərə gedirlər. Elə hallar da olub ki, vətəndaşlar xaricdə olan zaman xarici passportlarını itiriblər.

Vətəndaş xaricdə biznes və ya istirahət məqsədli səfərdə olarkən xarici passportunu itirərsə, necə hərəkət etməlidir? Bu hal baş verərsə, əvvəl hara müraciət etməlidir?

E-huquq.az-ın suallarını cavablandıran vəkil Cavid Rzazadə bildirib ki, Azərbaycan vətəndaşı xaricdə olan zaman xarici pasportunu itərsə, əvvəl həmin ölkənin polis orqanına müraciət etməlidir: “Polisdə vətəndaşa bu barədə arayış, protokol və yaxud digər sənəd verməlidirlər. Həmin şəxs təsdiq etməlidir ki, məhz polis orqanına müraciət edən zaman ərizədə göstərilən həmin adamdır”.

Onun sözlərinə görə, daha sonra vətəndaş səfirliyə və yaxud konsulluğa müraciət etməlidir: “Burada vətəndaş barədə Aəzrbaycana sorğu verilir və onun şəxsiyyəti müəyyənləşdirilir. Sonra həmin şəxsə arayış formasında müvəqqəti sənəd verilir. Vətəndaş da həmin sənəd əsasında ölkəyə geri qayıtmaq üçün bilet alır və sərhəd buraxılış məntəqəsindən keçir. Ölkəyə qayıtdıqdan sonra yenidən xarici pasport almalıdır. Həmin müvəqqəti sənədlə yenidən xarici ölkəyə getmək mümkün deyil”.

Oxşar xəbərlər