Məzmuna keç

Azərbaycanda hakimlərə ödənilən bütün növ ödənişlər sentyabrın 1-dən gəlir vergisindən azad edilir

Azərbaycanda hakimlərə ödənilən bütün növ ödənişlərin sentyabrın 1-dən gəlir vergisindən azad edilməsi təklif olunur

Bu il sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.

E-huquq.az-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

İndiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib. Vergi Məcəlləsində bu müddəa ləğv edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

Mənbə: APA