Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daha 5 avtomobil verildi


  • 30 Dekabr 2020 20:12

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Nazirlər Kabinetindən e-huquq.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.

Komitənin daxilində ştat vahidlərində dəyişikliklər edilib, sədrin birinci müavini və sədr müavini vəzifələri əlavə edilib.

Eyni zamanda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əsasnaməsinə uyğun olaraq rəisi, birinci müavini və müavini vardır.

Bunları nəzərə alaraq, Komitəyə əlavə olaraq 2, Memarlıq və Şəhərsalma Baş İdarəsinə isə 3 avtomobil ayrılıb.

Oxşar xəbərlər