Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında yaz sessiyasının qanunvericilik işləri planı qəbul edilib.
E-huquq.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsi iclasda səsə qoyularaq bir oxunuşda qəbul edilib. Qanunvericilik işləri planına aşağıdakı məsələlər daxildir:
– Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri
– Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi
– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi
– “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi
– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi.
– “Lombardlar haqqında” qanun layihəsi
– “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
– “Ali təhsil haqqında” qanun layihəsi.
– “Təhsil kreditləri haqqında” qanun layihəsi
– “Turizm haqqında” qanun layihəsi.
– “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi
– “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi
– Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
