“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir


  • 12 Fevral 2021 11:52

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, qanuna 3 bəndin əlavə edilməsi təklif olunur:

- 11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;

- 11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;

- 11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli müvafiq dəyişikliyin xüsusi nümayəndələr institutunun fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıb. O həmçinin xüsusi nümayəndələr institutu ilə yerli icra hakimiyyəti arasında səlahiyyətlərin necə olacağını da aydınlaşdırıb.

O qeyd edib ki, burada əslində heç bir narahatlıq yoxdur: “Cənab Prezidentin fərmanında xüsusi nümayəndələrin işğaldan azad olunmuş ərazilərdə yaradılması nəzərdə tutulur. Əsasnamə hazırlanarkən yerli icra hakimiyyətinin əsasnaməsinə də diqqət edilib. Demək olar ki, kəsişən nöqtələr azdır. Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra qurumlarının səlahiyyətindədir”.

Oxşar xəbərlər