Naxçıvanda sağlamlıq haqqında arayışın qiyməti müəyyənləşdi


  • 13 Fevral 10:58

Naxçıvanın Nazirlər Kabineti “İcbari Tibbi Sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin haqqının müəyyənləşdirilməsi barədə qərar verib.

E-huquq.az xəbər verir ki, qərara əsasən, “İcbari Tibbi Sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi xidmətlərdən “sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq haqqında arayış” üçün 30 manat, “digər sağlamlıq haqqında arayışlar” üçün 15 manat məbləğində xidmət haqqı müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər