Əmək müqaviləsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas sayılmayacaq


  • 19 Fevral 2021 16:14

Mülki Məcəlləyə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması məqsədilə dəyişiklik edilir.

E-huquq.az-ın məlumatına görə, bu, Milli Məclisin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas sayılmayacaq.

Oxşar xəbərlər